Türkiyənin cari mövsüm qeyri-sabit təsir bağışlayan “Beşiktaş” klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Milliyet”ə istinadən xəbər verir ki, “ağ-qaralar” "Yuventus"un sabiq ulduzu Federiko Bernardeski ilə danışıqlara başlayıb.
Mənbə bildirir ki, karyerasını "Toronto"da davam etdirən 30 yaşlı sağ cinah yarımmüdafiəçisi, keçidin baş tutması üçün ilinə 3 milyon avro istəyir.
Qeyd edək ki, Bernardeski indiyədək “Toronto” forması ilə 47 rəsmi maçtda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov