"Bolonya"nın hücumçusu Coşua Zirkzee karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az "Calciomercato"-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.
Turinlilər tezliklə "Bolonya" ilə danışıqlara başlayacaq. Qış transfer pəncərəsi üçün alınmasa, 22 yaşlı forvard yayda "qoca sinyora"ya gələcək. Mənbə həmçinin vurğulayıb ki, onun transferi böyük ölçüdə Duşan Vlahoviçin durumundan asılı olacaq.
"Bolonya" futbolçunu 40 milyon avroya qiymətləndirir. Oyunçu satılarsa, onun transfer hüquqlarına sahib olan "Bayern Münhen" bu məbləğin yarısını alacaq.
Zirkzee bu mövsüm "Bolonya"nın bombardiridir. 22 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 19 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
Mirağa