"Sevilya"nın yarımmüdafiəçisi Fernando Rejes özünə yeni klub axtaracaq.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti 36 yaşlı futbolçu ilə qarşılıqlı razılaşma əsasında yolların ayrıldığını açıqlayıb.
“Sky Sports”un məlumatına görə, yarımmüdafiəçi Braziliyaya qayıtmağı planlaşdırır.
Fernando Rejes 2019-cu ildən "Sevilya"da çıxış edirdi və Əndəlus komasında ümumilikdə 167 oyun keçirib. O, bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib, heç nə ilə yadda qalmayıb.
Braziliyalı İspaniyaya köçməzdən əvvəl "Qalatasaray", "Mançester Siti" və "Portu"nun şərəfini qoruyub.
Mirağa