"Transfermarkt" portalı 2023-cü ildə transfer dəyərini ən çox itirən futbolçuların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ilk pillədə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Sadio Manedir.
Seneqallı oyunçunun qiyməti cari ildə 40 milyon avro düşüb. Onun indiki dəyəri 20 milyon avrodur.
"Mançester Yunayted"in forvardı Antoni (40 milyon avro itirib, hazırkı qiyməti 35 milyon avro) ikinci, onun heyətdən kənarlaşdırılmış komanda yoldaşı Ceydon Sanço (35 milyon avro itirib, hazırkı qiyməti 25 milyon avro) üçüncü pillədədir.