"Hooper HQ" şirkəti 2023-cü ilin ən populyar idmançılarının adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 1-ci pillədə yer alıb.
İkinci sırada Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi qərarlaşıb.
İlk "üçlüy"ü hindistanlı kriketçi Virat Kohli tamamlayıb. Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar dördüncü, ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms isə beşincidir.