Nüfuzlu GOAL 2023/2024 mövsümünün ilk yarısının nəticələrinə əsasən, Avropanın ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.
Fanat.Az xəbər verir ki, Britaniya nəşri reytinqə 15 mütəxəssis daxil edib.
"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso siyahıda birinci yerdə qərarlaşıb. İkinci yeri Unai Emeri tutub, ilk üçlüyü isə “Jirona”nın çalışdırıcısı Mişel Sançes tamamlayıb.
Maraqlıdır ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, həmçinin "Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti ilk "10-luğ"a düşməyiblər.
1. Xabi Alonso (Leverkuzen)
2. Unai Emeri (Aston Villa)
3. Mişel Sançes (Jirona)
4. Tyaqo Motta (Bolonya)
5. Angelos Postekoğlu (Tottenhem)
6. Simone İnzaqi (İnter)
7. Sebastyan Henness (Hoffenhaym)
8. Yurgen Klopp (Liverpul)
9. Françesko Farioli (Nitsa)
10. Mikel Arteta (Arsenal)
11. Karlo Ançelotti (Real Madrid)
12. Peter Bos (PSV)
13. Dieqo Simeone (Atletiko Madrid)
14. İmanol Alquyasil (Real Sosyedad)
15. Pep Qvardiola (Mançester Siti)
Mirağa