"Barselona" klubu "Xetafe"də çıxış edən ingilis hücumçu Meyson Qrinvudu ələ keçirməyə cəhd edir.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya nəhəngi 22 yaşlı Qrinvuda klubun əfsanələri, braziliyalılar Rivaldo və Ronaldinyonun, eləcə də argentinalı Lionel Messinin oynadığı 10 nömrəli formanı təklif etməyə hazırdır.
Meyson Qrinvudun transferi gələn yaya planlaşdırılır. "Barselona" ingilis üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Qrinvud hazırda "Xetafe"də icarə əsasında çıxış edir. Onun "Mançester Yunayted" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Mirağa