"Bayern Münhen"də yeni hücumçu transferi gündəmdədir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Almaniya çempionu "Ştutqart"da çıxış edən Seru Girassini heyətinə qatmaq üçün hərəkətə keçib.
Mənbə bildirir ki, Münhen təmsilçisi 27 yaşlı qvineyalı hücumçunu 20 milyon avro qarşılığında heyətinə cəlb etməyi düşünür.
Qeyd edək ki, cari mövsüm Seru "Ştutqart" forması ilə 16 rəsmi matçda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov