Sabahdan etibarən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına başlayacaq "Neftçi"nin hazırlıq çərçivəsində üz-üzə gələcəyi komandalardan biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə “Lapsi.al” nəşri məlumat yayıb.
Xəbərə görə, “ağ-qaralar” Albaniyanın “Partizani” kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.
“Neftçi”nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu ölkədə iki yoxlama matçı keçirməyi planlaşdırır.