Erik Bayinin Kriştiano Ronaldonun “Mançester Yunayted”dən ikinci gedişi ilə bağlı fikirləri gündəmi zəbt edib.
Fanat.Az xəbər verir ki, "The Athletic" təcrübəli müdafiəçinin fikirlərini belə çatdırır:
“Kriştiano Ronaldo əfsanədir. Kriştiano evinə qayıtmışdı. O, mənim üçün dünyanın ən yaxşı oyunçusu idi. İkinci gəlişi ilə belə, kluba çox töhfə verdi. Onun kimi bir oyunçu özünü vacib hiss etməyə layiqdir".
Qeyd edək ki, Ronaldo 2021-2022-ci illərdə "Mançester Yunayted" də çıxış edib.
Nahid Məmmədov