Fransa millisinin forvardı Kilian Mbappe PSJ-də yeni rekorda imza atıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna “Tuluza”ya 2:0 hesabı ilə qalib gəldikləri ölkə Superkuboku matçında fərqlənməklə nail olub.
Ulduz futbolçu "Park de Prens"də vurduğu qollarını sayını 111-ə çatdırıb.
Beləliklə, Mbappe PSJ-nin sabiq üzvü Edinson Kavanini (110) geridə qoyub.