"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 19-cu turunda "Malyorka" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Ən yaxşı oyunumuzu göstərmədik.Enerjili deyildik və lazım olan anlarda qətiyyətli görünmədik. Əla heyətimiz var. Daha yaxşı olmaq üçün işləməyə davam edəcəyik.
Cud Bellingem? Onun qol vurmamasına təəccüblənməyin. Bu, Cudun işi deyil".
Qeyd edək ki, "Real"ın yeganə qolunu matçın 78-ci dəqiqəsində mərkəz müdafiəçisi Antonio Rüdiger vurub.