İtaliya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun “Yuventus”la “Salernitana” arasında baş tutub.
Turin təmsilçisi evdə darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib.
İtaliya Kuboku
1/8 final
4 yanvar
Yuventus – Salernitana 6:1
Daha öncə “Latsio”, “Fiorentina”, “Frozinone”, “Bolonya”, “Milan”, “Atalanta” və “Roma” da 1/4 finala vəsiqə qazanmışdılar. Yanvarın 9-10-da keçiriləcək 1/4 oyunlarında aşağıdakı komandalar üz-üzə gələcəklər:
“Fiorentina” – “Bolonya”
“Latsio” – “Roma”
“Milan” – “Atalanta”
“Yuventus” - “Frozinone”