İtaliyanın "Latsio" klubunun yarımmüdafiəçisi Felipe Anderson karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, 30 yaşlı braziliyalının xidmətində “Aston Villa” maraqlıdır.
Xəbərə görə, Birmingem təmsilçisi Andersonu 2024-cü ilin yayında azad agent statusu ilə rənglərinə bağlamaq niyyətindədir.
Roma klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında bitəcək "sambaçı" 2021-ci ilin iyulundan indiki iş yerindədir.