"Fulhem" rəhbərliyi bir neçə klubun transfer siyahısında olan portuqaliyalı yarımmüdafiəçi Joau Palinya ilə bağlı qərarını verib.
Fanat.Az-ın "Evening Standard"a istinadən məlumatına görə, "ağlar" bu qış sözügedən oyunçunu satmaq niyyətindən uzaqdırlar.
Xəbərə görə, ötən ilin yayında "Bayern Münhen"ə keçməyə yaxın olan Palinya iş yerini ən yaxşı halda, cari mövsümün sonunda dəyişə bilər.
Cari mövsüm İngiltərə Premyer Liqasında 17 matça çıxan Joau 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.