"Qalatasaray"ın adı Avropa klubları ilə yanaşı çəkilən ulduz hücumçusu Mauro İkardi ilə bağlı İtaliya mətbuatında maraqlı iddialar səsləndirilib.
Fanat.Az "Tuttosport" a istinadən xəbər verir ki, İkardi həyat yoldaşı Vanda Naranın vasitəsi ilə sabiq klubu "İnter" ə geri dönmək üçün danışıqlar aparıb.
Mənbə bildirib ki, argentinalı ulduzun bu müraciətinə İtaliya klubu müsbət yanaşmayıb.
Qeyd edək ki, İkardi bu mövsüm "Qalatasaray" forması ilə 27 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov