İngiltərənin “Tottenhem" klubu Xorvatiya millisinin üzvü İvan Perişiç ilə yolları ayıracaq.
Fanat.Az xəbər verir ki, bunu “ITASportPress” agentliyinə açıqlamasında komandanın baş məşqçisi Angelos Postekoqlu deyib.
Yunan əsilli avstraliyalı mütəxəssis belə danışıb:
“Perişiç çox işləyir. Millinin qarşıdan gələn oyunlarında meydanda olmaq istəyir. Onun təcrübəsi bizim üçün vacib idi, lakin düşünürəm ki, İvanla əməkdaşlığı davam etdirə bilməyəcəyik”.
Qeyd edək ki, 35 yaşlı İvan 2022-ci ildən "Tottenhem"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.