Bu mövsüm "Fənərbağça"da oyun praktikasından əziyyət çəkən hücumçu Miçi Batşuayi karyerasını "Trabzonspor"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fotomaç" yayıb.
Xəbərə görə, Belçika yığmasının heyətində çıxış etməyi hədəfləyən ulduz hücumçu “Trabzonspor”a keçməkdə maraqlıdır.
Qeyd edək ki, cari mövsüm Batşuayi "Fənərbağça" forması ilə 20 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov