İngiltərənin "Arsenal" klubu yeni müdafiəçi transfer etməkdə maraqlıdır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "topçular" "Milan"ın futbolçusu Fikayo Tomorini heyətə qatmaq niyyətindədir.
Xəbərə görə, London təmsilçisi yaxın günlərdə 26 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna rəsmi təklif göndərəcək. Mənbə sözügedən oyunçu ilə "Mançester Yunayted" və "Bayern Münhen"in də maraqlandıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, "Milan" Tomorini 2021-ci ilin yanvar ayında "Çelsi"dən transfer edib.