Təcrübəli baş məşqçi Mirça Luçesku karyerasını "Beşiktaş"da davam etdirə bilər.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun funksionerləri rumıniyalı çalışdırıcı ilə görüşmək üçün Buxarestə yollanıblar.
Mənbə bildirir ki, tərəflər qarşılıqlı razılıq əldə ediblər.
Qeyd edək ki, 78 yaşlı Luçesku 2002-2004-cü illərdə “Beşiktaş”ı çalışdırıb və klubun 100 illik yubileyində çempionluq qazanıb.
Nahid Məmmədov