"Yuventus"un, "Çelsi"nin və İtaliya millisinin sabiq baş məşqçisi, hazırda isə işsiz olan Antonio Konte ölkəsində çaslışmağa yaxındır.
Fanat.Az “La Repubblica”-ya istinadən xəbər verir ki, Konte iki klub - "Milan" və "Yuventus" arasında seçim edəcək.
İtaliya nəşri vəziyyəti belə şərh edib: "Konte uğrunda az qala bütün İtaliya klubları yarışır. "Milan"dan tutmuş, Kontenin özünün istədiyi "Yuventus"a qədər. “Roma”, o cümlədən “Napoli”dən De Laurentiis də onun la əlaqə saxlayıb. Antonio az maaşa və perspektiv üçün işləməyə razı olacaqmı? Alleqri, Mourinyu, Pioli - hamısı gənclərlə işləməyə və onları inkişaf etdirməyə razıdırlar. Bəs həmişə narazı olan Antonio?"
Xatırladaq ki, Kontenin son iş yeri ötən il tərk etdiyi "Tottenhem" olub.
Mirağa