PSV, "Barselona" və Braziliya millisinin əfsanəvi futbolçusu Romario Braziliyanın "Amerika" klubunun prezidenti olub.
Fanat.Az xəbər verir ki, sözügedən klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Rio-de-Janeyro əyalətinin ən yüksək divizionu olan Karioka Çempionatında çıxış edən klubun açıqlaması belədir: “Romarionun prezident kimi gəlişi daha böyük şöhrətli günlərə, klubun strukturunun təkmilləşdirilməsinə, yeni istedadları formalaşdırmaq və həm daxili, həm beynəlxalq bazarlarda əhəmiyyətli qazancları təşviq etmək istəyini artırır.
Bu dəyişiklik nəticəsində bütün azarkeşlərin bir araya gələrək komandaya güclü dəstək olacaqlarına əminik. Romário ilə Braziliya futbolu tarixində möcüzə yazacağına inanırıq”.
Qeyd edək ki, Romario futbolçu karyerasını başa vurduqdan sonra 2015-2023-cü illərdə Rio-de-Janeyro ştatında senator kimi fəal siyasi fəaliyyətlə məşğul olub.
Mirağa