"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçularının - Eduardu Kamavinqa və Ferlan Mendinin son vəziyyətləri barədə danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Kamavinqa çiynindən zərbə alıb. Ciddi bir şey yoxdur. Mendi haqda da eyni sözləri demək olar. O, növbəti matçda oynaya biləcək".
Xatırladaq ki, Kamavinqa dünən İspaniya Kuboku çərçivəsində "Arandina"ya qarşı keçirilən matçın (3:1) 59-cu dəqiqəsində əvəzlənib. Mendi isə zədə üzündən son 3 qarşılaşmada iştirak etməyib.