"Barselona" Braziliyanın ən istedadlı futbolçusu Estevan Villianı almaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb .
Mənbənin məlumatına görə, “Çelsi”, “Mançester Siti” və “Yuventus” kimi klubların da maraq göstərdiyi 16 yaşlı vingerin arzusu məhz "Barsa"nın forması geyinməkdir. Onun agenti Andre Curie və ailəsi də Kataloniya klubunu oyunçunun inkişafı üçün ideal klub hesab edir.
Xəbərə görə, "Palmeyras" futbolçusunu 60 milyon avroya satmaq niyyətindədir.
Xatırladaq ki, Villianın "Palmeyras" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun təxmini dəyərini 10 milyon avro göstərir.
Mirağa