Dünən İspaniya Kuboku çərçivəsində "Real Madrid " səfərdə "Arandina" ilə qarşılaşıb. Oyun “Kral klubu”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az xəbər verir ki, ""Mundo Deportivo" bu qarşılaşmada "Real" forması debüt edən gənc yarımmüdafiəçinin - Arda Gülərin çıxışını dəyərləndirib:
"Ançelotti "Arandina" ilə qarşılaşmada meydana qeyri-adi heyət buraxdı. Lakin bütün bunlar şübhəsiz, ən çox diqqət mərkəzində olan Ardanın kölgəsində qaldı. Türk oyunçu ilk yarının ən yaxşılarından biri idi".
Qeyd edək ki, 18 yaşlı Arda İspaniya nəhənginə bu yay "Fənərbağça"dan transfer olunub.
Nahid Məmmədov