Uruqvaylı futbolçu Ronald Arauxo "Barselona"dan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, 24 yaşlı müdafiəçi Kataloniya təmsilçisinin yeni anlaşma təklifini geri çevirib.
Daha öncə "Bayern Münhen"in uruqvaylı oyunçunu heyətə qatmaq istədiyi, "blauqrana"nın almanların 100 milyon avroluq təklifini rədd etdiyi barədə informasiyalar yayılıb.
Arauxo 2018-ci ildən "Barselona"da çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.