İngiltərənin "Vulverhempton" klubunun hücumçusu Saşa Kalayciç karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az-ın məlumatına görə, Avstriya millisinin forvardı "Ayntraxt"a icarəyə verilib.
İnformasiyanı Frankfurt təmsilçisinin rəsmi saytı yayıb. Kalayciçin cari mövsümün sonunadək icarəyə götürüldüyü bildirilib.
Qeyd edək ki, sözügedən futbolçunun "Vulverhempton"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm "canavarlar"ın forması ilə bütün turnirlərdə 13 matça çıxan Saşa 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.