İngiltərə futbolunun canlı əfsanəsi Alan Şirer "Liverpul"un hücumçusu Darvin Nunyesin performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Şirerin dediklərini jurnalist Deyv Okkop şəxsi saytı vasitəsi ilə belə çatdırıb:
"Bəzən mən ona baxır və öz-özümə düşünürəm: "Vau, necə də möhtəşəm futbolçudur, rəqibin cərimə meydançasında inanılmazdır və effektli qol vura bilir". Hə, həmin anlarda mənə elə gəlir ki, növbəti həftə azı iki qol imkanı yaxalayacaq, amma heç nə baş vermir...
Nunyesin ən xoşuma gələn cəhəti daim mübarizədə olmaq istəməsidir. Ancaq o, realizasiya üzərində işləməlidir. Darvin ifrat sayda qol fürsəti qaçırır. Darvinin tez-tez ofsayda düşdüyünü də vurğulamalıyam. Halbuki 1 saniyə pauza etsə, qol vurar".