"Everton"un dayaq yarımmüdafiəçisi Amadu Onana bu qış iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Xəbərə görə, Onananın xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın baş məşqçisi Mikel Artetanın sözügedən oyunçunu şəxsən istədiyini və rəhbərlikdən onun komandaya cəlb edilməsini xahiş etdiyini vurğulayıb. "Everton"un Belçika millisinin üzvünü satmağa xüsusi həvəs götərmədiyi, lakin 22 yaşlı ulduzla 70 milyon avro qarşılığında vidalaşa biləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 16 matça çıxan Onana 1 qol vurub.