"Liverpul" yarımmüdafiəçisi Fabiu Karvalyu kareyrasını digər İngiltərə təmsilçisində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist David Ornşteyn yayıb.
Xəbərə görə, mövsümün ilk yarısında "Leyptsiq"də icarədə olan 21 yaşlı portuqaliyalı Çempionşip təmsilçisi "Hall Siti"yə icarəyə veriləcək. Mənbə tərəflərin bütün detalları razılaşdırdığını və keçidin yaxın günlərdə açıqlanacağını vurğulayıb.
Xatırladaq ki, "Liverpul" sözügedən oyunçunu 2022-ci ilin yayında, 5,9 milyon avroya transfer edib.