"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso iş yerini dəyişmək barədə düşünür.
Fanat.Az "Relevo"-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis üç variantı nəzərdən keçirməyə hazırdır.
Xəbərə görə, Alonso futbolçu kimi çıxış etdiyi komandalarda çalışmaqda maraqlıdır. Belə ki, o, "Real Madrid", "Liverpul" və "Bayern Münhen" arasında seçim edir.
"Bayer" Xabi Alonsonun rəhbərliyi altında cari Almaniya Bundesliqasında əla nəticə göstərir. “Əczaçılar” 16 turda bir dəfə də olsun məğlub olmayıb və birinci yerdədir. Leverkuzenlilər "Bayern"i 4 xal qabaqlayır.
Mirağa