"Nyukasl" mərkəz müdafiəçisi Fabian Şerlə müqaviləsini yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
32 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər sözləşmə imzalanıb.
Şer 2018-ci ildən "Nyukasl"da oynayır. Onun əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonuna qədər idi.