"Kanzas Siti" MLS liqasında "İnter Mayami" ilə yeni mövsümdəki ev oyununu daha böyük arenada - "Arrowhead Stadium"da keçirəcək.
Fanat.Az rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Florida təmsilçisinin kapitanı Lionel Messi olub.
"Kanzas Siti"nin prezidenti Ceyk Ridin açıqlamasına görə, "İnter Mayami" ilə matç görünməmiş maraq doğurub: "Lionel Messinin Midvestdə ilk MLS oyunu olacaq bu matçı "Arrowhead Stadium"da keçirmək imkanı xüsusilə həyəcanvericidir, çünki bu arena bu yay Amerika Kuboku matçlarına və 2026-cı ildə FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır".
Klubun əsas ev stadionu 18 mindən bir qədər çox tamaşaçı tutumuna malik "Childrens Mercy Park"dır. "Arrowhead Stadium"un tutumu isə 76 min tamaşaçıdan çoxdur.
Qarşılaşmanın bilet satışına yanvarın 16-da start veriləcək. Onların qiyməti 65 dollardan olacaq. Oyun aprelin 14-də baş tutacaq.
Mirağa