PSJ 2021-ci ildə “Qızıl top”un təşkilatçılarına rüşvət verməkdə şübhəli bilinir.
Fanat.Az xəbər verir ki, informasiyanı Fransanın “Le Monde” qəzeti yayıb.
Nəşrin məlumatına görə, Lionel Messi 2021-ci ildə "Qızıl top"u, o vaxtkı klubu PSJ-nin səsverməni satın aldığı üçün qazanıb. İddiaya əsasən, PSJ-nin PR direktoru Jan-Martial Ribes “France Football”un keçmiş baş redaktoru Paskal Ferreyə sorğunun nəticəsinə təsir göstərməsi üçün müxtəlif hədiyyələr təqdim edib. Üstəlik, Paris klubu 2020-ci ildən sıx təmasda olduğu Ferreyə 2021-ci ilin martında biznes sinif uçuşu ilə Çempionlar Liqasında Dortmund "Borussiya"sıyla oyuna aparıb.
Fransa polisi mümkün rüşvətlə bağlı araşdırmaya başlayıb. Ribes 2023-cü ilin dekabrında həbs edilib.
2021-ci ildə Messi karyerasında yeddinci "Qızıl top"u qazanıb. Argentinalı 613 səs toplayaraq əla mövsüm keçirən Robert Levandovskini geridə qoyub.
Mirağa