Millimizin sabiq çalışdırıcısı, almaniyalı mütəxəssis Berti Foqts mərhum Frans Bekkenbauerin xatirəsinin əbədiləşdirilməsini təklif edib.
Fanat.Az xəbər verir ki, "Rheinische Post" qəzeti dünya və Avropa çempionunun Almaniya Futbol Assosiasiyasına (DFB) ünvanladığı təklif barədə fikirlərini belə çatdırıb:
“Onun adının gələcək nəsil futbolçular tərəfindən daim yad edilməsi, unudulmaması vacibdir. Yaxşı olar ki, məsələn, "DFB Kuboku"na Frans Bekkenbauerin adı verilsin. Assosiasiya bu təklifi nəzərdən keçirməlidir”.
Bekkenbauer bazar günü 78 yaşında vəfat edib. O, Almaniya yığmasının heyətində futbolçu kimi 1972-ci ildə Avropa, 1974-cü ildə isə dünya çempionu olub. Bekkenbauer həmçinin, baş məşqçi (1990) kimi də mundialın qızıl medalını qazanıb. O, “Qızıl top” mükafatının ikiqat qalibidir. Alman futbolunun əfsanəsi dörd dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.
Mirağa