"Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boy karyerasını Fransada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Saber Desfargets yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu ilə PSJ maraqlanır.
Liqa 1 nəhəngi "Bayern"in öz sıralarına cəlb etməyə çalışdığı Nordi Mukieleni tezliklə itirə bilər. Bu üzdən, parislilər Saşaya Nordinin potensial əvəzləyicisi kimi baxır.
Müdafiəçi İngiltərə Premyer Liqasının təmsilçiləri, xüsusilə də "Mançester Yunayted" tərəfindən də izlənilir.
"Transfermarkt" Saşa Boyun dəyərini 22 milyon avro dəyərində qiymətləndirilir.
Karyerasına “Renn”də başlayan fransalı bu mövsüm “Qalatasaray”ın heyətində bütün yarışlarda 29 matça çıxıb, 2 qol vurub.
Mirağa