"Milan"ın baş direktoru Corcio Furlani "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Rade Kruniçin yaxın günlərdə Türkiyə nəhənginə keçəcəyini təsdiqləyib.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, o, sözügedən futbolçunun "Fənərbağça"ya satılacağını bildirib:
"Bəli, bu, doğru məlumatdır. Transfer başa çatmaq üzrədir".
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan Kruniç 2019-cu ildən "Milan"dadır.