"Midlsbro"nun yarımmüdafiəçisi Hayden Hekni karyerasını İngiltərə nəhəngi "Liverpul"da davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabı vasitəsilə yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar 21 yaşlı futbolçunun transferini qış transfer pəncərəsində yekunlaşdırmağı planlaşdırırlar.
Premyer Liqanın liderinin yaxın günlərdə ingilis oyunçu ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. Perspektivli yarımmüdafiəçinin başqa müştəriləri də olsa da, "Liverpul" favorit sayılır.
Hayden "Midlsbro" akademiyasının yetirməsidirr. Bu mövsüm yarımmüdafiəçi 22 matçda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırki klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 7 milyon avro qiymətləndirilir.
Mirağa