İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisinin çalışdırıcısı qismində çıxdığı oyunların sayına görə Zinəddin Zidana çatıb.
Fanat.Az xəbər verir ki, hər iki mütəxəssis İspaniya nəhənginin "sükanı arxası"nda 263 matç keçirib.
Mütləq rekord isə Migel Munyosdur. Minyos "Kral klubu"nu 605 görüşə çıxarıb.
Qeyd edək ki, 2013-2015-ci illərdə "Real"da işləyən Ançelotti 2021-ci ildə komandaya qayıdıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə bu postu tutub.