Türkiyənin "Fənərbağça" klubu "Milan"ın yarımmüdafiəçisi Rade Kruniçin transerini başa çatdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Matteo Moretto yayıb.
Xəbərə görə, "Fənərbağça" İtaliya nəhənginə 3 milyon avro ödəyəcək və "Milan"ın bu transferdən müxtəlif bonuslar şəklində daha 1,5 milyon avro qazanmaq imkanı olacaq. Mənbə Kruniçin bu gün İstanbula uçacağını, tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcəyini vurğulayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan Kruniç 2019-cu ildən "Milan"dadır.