"Çelsi"nin müdafiəçisi Yan Matsen karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında Dortmund "Borussiya"sının formasını geyinəcək.
Məlumatı "arılar"ın mətbuat xidməti yayıb.
Matsen 2018-ci ildən "Çelsi"nin srtukturundadır. Cari mövsüm "zadəganlar"ın forması ilə bütün turnirlərdə 15 matça çıxan niderlandlı məhsuldar göstəricilərlə yadda qalmayıb.
Xatırladaq ki, "Borussiya" daha öncə MY-nin futbolçusu Ceydon Sançonu da cari mövsümün sonunadək icarəyə götürüb.