"Barselona" ötən gecə İspaniya Superkubokunun yarımfinalında "Osasuna"ya qalib (2:0) gəlib.
Fanat.Az xəbər verir ki, oyunda son nöqtəni kataloniyalıların gənc vingeri Lamine Yamal qoyub.
Bununla da, Yamal turnirin tarixində qol vuran ən gənc futbolçu olub. Qarşılaşma günü o, 16 yaş 5 ay 29 günlük idi.
Qeyd edək ki, bu, Lamine üçün ilk belə nailiyyət deyil. Belə ki, o, artıq La Liqa və "Barselona" tarixinə ən gənc qol vuran futbolçu kimi düşüb.
Yamal cari mövsümdə "Barselona"nın heyətində 26 oyun keçirib, 2 qol vurub və dörd məhsuldar ötürmə edib.
Mirağa