"Çelsi" heyətinə yeni futbolçu cəlb etməyə yaxındır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, İngiltərə nəhəngi "Palmeyras"ın vingeri Estevaonun transferini tamamlamaq üzrədir.
Xəbərə görə, "zadəganlar" 16 yaşlı hücumçuya görə təxminən 60 milyon avro ödəyəcəklər.
Qeyd edək ki, Estevao Braziliya klubunun əsas heyətində cəmi 1 oyun keçirib. O, ikinci komandanın sıralarında 17 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.