İtaliya Kubokunun yanvarın 11-də keçirilən 1/4 final matçında - "Frozinone" ilə ev oyununda (4:0) het-trik edən Arkadiuş Milik açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Football Italia" polşalı forvardın dediklərini belə çatdırıb:
"Özümü ehtiyat oyunçu saymıram. Hətta start "11-lik"də olmayanda belə, komanda yoldaşlarımı dəstəkləyirəm. Əlbəttə, kimin oynayacağına baş məşqçi qərar verir. Mən "Yuventus"a qollarla kömək etmədiyim zaman başqa elementlərlə yardımçı olmağa çalışıram".
Qeyd edək ki, cari mövsüm "qoca sinyora"nın forması ilə bütün turnirlərdə 20 matça çıxan 29 yaşlı Milik 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.