"Fənərbaxça"nın futbolçusu Samet Akaydın karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, türkiyəli müdafiəçi "Panatinaikos" keçib.
İstanbul nəhəngi 29 yaşlı futbolçusuni yunanlara icarəyə verib. Samet mövsümün sonuna kimi Yunanıstan təmsilçisində çıxış edəcək.
Türkiyə yığmasının da üzvü olan müdafiəçi bu mövsüm "Fənərbaxça"nın heyətində 11 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Panatinaikos"u türkiyəli mütəxəssis Fatih Terim çalışdırır.