Əfsanəvi futbolçu Dieqo Armando Maradonanın kiçik oğlu Dieqo Maradona atasının öldürüldüyünü iddia edib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Marca"-ya danışıb:
“Açıq araşdırma aparılır. Biz Argentina ədalətinə inanırıq. Atamı öldürdülər. Bunu kimin etdiyini demək mənim işim deyil. Bu mövzuda öz fikirlərim var, amma onları səsləndirə bilmərəm”.
Xatırladaq ki, əfsanəvi futbolçu 2020-ci il noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Bildirilib ki, o, xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödemi nəticəsində dünyasını dəyişib.
Mirağa