Bu gün "Real Madrid" və "Barselona" Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunun finalında üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti oyunöncəsi mətbuat konfransında prinsipial matçdan gözləntilərini bölüşüb:
"Futbolçular özlərini yaxşı hiss edirlər. "Atletiko" ilə matçdan sonra bəzi futbolçular tam bərpa olublar. Komanda ruhu çox yüksəkdir. Düzü, veteranlar üçün bərpa bir az vaxt alır, amma gənc futbolçular özlərinə tez qayıdırlar.
Çox vacib matça çıxacağıq. Bir "El Klasiko" olduğu üçün öncədən nələrin yaşanacağını bilmək çətindir. Düşünürəm ki, kiçik detallar həlledici olacaq.
Keçən oyunumuzda ərəb azarkeşlərin Toni Kroosu fitə basmaqları ona heç bir təsir göstərmir. Ümumiyyətlə, Kroosu bu kimi şeylərlə məğlub edə bilməzsiniz.
Kepa start heyət qapıçısı idi. Onun zədəsindən sonra Lunin bir addım önə çıxaraq özünü yaxşı tərəfdən göstərdi. Hazırda start heyət uğurunda mübarizə davam edir. Hər ikisi bunu yaxşı başa düşür.
Ferlan Mendi müdafiə baxımından öz mövqeyində dünyanın ən yaxşı futbolçusudur. Əgər öz formasındadırsa, onu keçmək çox çətindir".
Qeyd edək ki, "Real Madrid" - "Barselona" oyunu bu gün saat 23.00-da başlayacaq.
Mirağa