"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano futbolçunun dediklərini belə çatdırıb.
“Əgər baş məşqçi qalmağımı istəyirsə, o zaman əminəm ki, yeni müqavilə imzalamaqda heç bir problemimiz olmayacaq. Ümid edirəm ki, növbəti mövsüm final haqqında danışmaq üçün burada yenidən görüşəcəyik”.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir.
Mirağa