"Real Madrid"in hücumçusu Vinisius Junior İspaniya Superkubokunun final matçında (4:1) "Barselona"nın qapısına vurduğu ilk qolu Kriştianu Ronaldusayağı bayram etməsinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, əzəli rəqib üzərində darmadağına het-triklə töhfə verən braziliyalının dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Qolu Ronaldunun şərəfinə "siu" üslubunda bayram etdim. O, mənim kumirimdir. Komandamdan çox razıyam. Biz "Real" üçün xüsusi işlər görürük. Səudiyyəlilər isə mənə həmişə sevgi ilə yanaşırlar".