Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun formasını geyinən Cordan Henderson qış transfer dönəmində komandasını tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, "Əl-İttifaq" yerli mühitə uyğunlaşmağa çətinlik çəkən və Avropaya qayıtmağı arzulayan Hendersonun mövsüm bitməmiş başqa kluba keçməsinə razı deyil.
Qeyd edək ki, Henderson hazırda Səudiyyə Ərəbistanında həftəyə 700 min funt-sterlinq (813 min avro) qazanır.
Nahid Məmmədov